"Rusiya-Ukrayna müharibəsində tərəflərə silah satmayacağıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Çin Xarici işlər naziri Van Yi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyada bir araya gəldiyi ukraynalı həmkarı Dimitro Kuleba ilə görüşdə deyib.
Van Yi bildirib ki, beynəlxalq vəziyyət necə dəyişir dəyişsin, Çin Ukrayna ilə münasibətləri normal şəkildə inkişaf etdirməkdə qərarlıdır: "Təkrarlayım ki, Çin ilk növbədə münaqişə bölgələrinə və ya münaqişə tərəflərinə öldürücü silah satmayacaq. Biz böhrandan qazanc əldə etməyə çalışmırıq. Əksinə, bərabərhüquqli əlaqələrimiizi inkişaf etdirməklə iqtisadi tərəqqiyə nail olmağı hədəfləyirik".
Lamiyə Əhmədli
MİA.AZ