"Ordu Qəzzanın şimalını digər bölgələrdən ayıracaq bir yol çəkəcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı iddianı İsrailin məşhur "Kanal 14" Televiziya kanalı yayıb.
Kanalın məlumatına görə, sözügedən yol yəhudilərin yeni məskunlaşdığı Nahal Özdən başlayaraq QəzzadaN üfüqi xətlə keçərək Aralıq dənizinə qədər uzanacaq: "Artıq Orduya məxsus çoxlu sayda tikinti texnikası və yük maşınları “794” adını daşıyacaq yol üçün hazır vəziyyətə gətirlilib".
Kanal İsrail ordusunun yeni çəkiləcək yolun sağ və sol tərəfindəki bütün evləri dağıdıldığını vurğulalıyıb. Əlavə edib k, bu, ordunun Qəzzada uzun müddət qalmağa hazırlaşdığını təsdiqləyir.
Xəbərdə o da deyilib ki, regional və beynəlxalq səviyyədə xəbərdarlıqlara baxmayaraq, İsrail ordusu Rəfaha qarşı quru əməliyyatına hazırlaşır.
Tahir Şəlvəli
MİA.AZ