Türkiyə ordusu daha bir şəhid verib.
Mia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalındakı "Pəncə-Kilit" Əməliyyatı bölgəsində terrorçularla toqquşmada bir əsgər - Salih Ay şəhid olub, biri yaralanıb.
Məlumata görə, atışmada 6 terrorçu zərərsizləşdirilib.
Bölgədə əməliyyatlar davam edir.
Tahir Şəlvəli
MİA.AZ