Misirin devrilən prezidenti Hüsnü Mübarək ayağını sındırıb.

Mia.az Anspress-ə istinadən xəbər verir ki,  keçmiş prezident 3 il həbs cəzasını çəkdiyi Qahirədəki hərbi hospitalda yıxılıb. 

86 yaşlı eks prezidentin yıxılmasına səbəb hamam otağında ayağının sürüşməsi olub. 
H.Mübarək ayağındakı qırıqla bağlı olaraq əməliyyat ediləcək. 

Xatırladaq ki, Misirin prezidenti olan Hüsnü Mübarək 2011-ci ildə iqtidarı itirib. Ölkədə baş verən ərəb baharı nəticəsində uzun müddət qarşıdurmalar hökm sürüb, onlarla insan ölüb. ərəb baharı onun devrilməsi ilə nəticələnib. 

Devrilmiş prezident prezident sarayının yenilənməsi üçün ayrılan milyonlarla dolları mənimsəmə ittihamı ilə ötən ay 3 il həbs edilib.