İsrailin cənubunda Kiryat Malaki şəhərində avtobus dayanacağına silahlı insident baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, insident nəticəsində 2 nəfər öldürülüb 4 nəfər yaralanıb.

İsrail polisinin məlumatına görə, əraziyə maşınla yaxınlaşan şəxs dayanacaqdakılara atəşə açıb: "Həmin şəxs elə hadisə yerindəcə zərərsizləşdirilib".

Bildirilib ki, İsrail polisi başqa şübhəlilərin olub-olmadığını müəyyən etmək üçün ərazidə geniş axtarışa başlayıb.

İsrailin Kaplan Xəstəxanasından verilən açıqlamaya görə, gətirilən 6 yaralıfdan 2-nin həyatını xilas etmək mümkün olmayıb, 4 nəfərin vəziyyəti də ağırdır.

İsrail polisi hadisənin kim tərəfindən və hansı məqsədlə törədildiyi haqda hələlik açıqlama verməyib.

Firudin Səfərli

MİA.AZ