Livan hökuməti İsrailə qarşı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (TŞ) şikayət edəcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın Baş naziri Necip Mikati yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, İsrailin Livanı bombalaması nəticəsində böyük dağıntılar və insan tələfatı var: "Bunlarla bağlı Xarici İşlər naziri Abdullah Buhabib ilə məsləhətləşdim və qərara gəldik ki, BMT Təhlükəsizlik Şurasına İsrailə şikkkayət ünvanlayaq".
Mikati İsrailin Livanın cənubunda dinc sakinlərə qarşı hücumlarını qəbuledilməz sayıb: "Bütün tərəfləri gərginliyi azaltmağa çağırdığımız bir vaxtda düşmən İsrailin hücumlarını davam etdirdiyini görürük. İsrail ordusu dünən gecə Livanın cənubundakı Nəbatiyəyə 3 mərtəbəli binaya pilotsuz uçuş aparatı (PUA) zərbə endirib. Nəticədə eyni ailədən 8 nəfər oradaca həyatları ilə vidalaşıblar. BMT bu kimi faktlara münasibətini bildirməlidir".
Tahir Şəlvəli
MİA.AZ