İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin fevralın 13-də keçirdiyi növbəti hərracda 15 nəqliyyat vasitəsi satılıb.
Mia.az xəbər verir ki, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 74 sifariş qəbul edilib.
Rəqabətli keçən hərracda “İveco” markalı avtobusun start qiyməti 7 500 manat olsa da, son təklif 28 200 manata yüksəlib. İlkin qiyməti 3 500 manat olan “VAZ-21214” markalı avtomobil isə 4 800 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/38pZ6E linki vasitəsilə tanış olmaq mümkündür.