Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri fevralın 14-də keçirilən görüşdə Ukraynaya 50 milyard avro məbləğində yardım göstərmək üçün lazım olan sənədləri razılaşdırıblar.

Bu barədə "The Financial Times" qəzeti məlumat yayıb.

Məlumata görə, razılaşdırılmış mətn indi Avropa Parlamentindən təsdiq almalıdır.

Qeyd edilib ki, Kiyevin martın əvvəlindən vəsait almağa başlayacağı gözlənilir.

"Reuters"in məlumatına görə, Brüssel 2023-cü ilin dekabrında bu yardım paketini bloklayan Macarıstanın Baş naziri Viktor Orbanın əsas tələbini yerinə yetirməyə razılaşıb.

Xatırladaq ki, fevralın 1-də Aİ-yə üzv ölkələrin liderləri Brüsseldə keçirilən sammitdə Kiyevə növbəti dörd il üçün 50 milyard avro məbləğində uzunmüddətli büdcə yardımının ayrılmasını təsdiqləyiblər./Report