Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov Kabildə Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.
Bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kaxar Balxi “X” hesabında yazıb.
O bildirib ki, görüş zamanı səfir Kabildə səfirliyin açılması ilə bağlı Əfqanıstan XİN başçısına rəsmi məktubu təqdim edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncamla İlham Nəriman oğlu Məmmədov Azərbaycanın Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.