Şair
Baba Vəziroğlu və yazıçı-dramaturq Mövlud Süleymanlı Yazıçılar Birliyinin (AYB)
katibi Fikrət Qocanın tanınmış yazıçı Çingiz Hüseynovun birlikdən istefası ilə
bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Baba
Vəziroğlu AzNews.az-a açıqlamasında deyib ki, Çingiz Hüseynov bütün yaradıcı
təşkilatlarının fövqündə dayanan yazıçıdır: "Hayif ki, nəinki biz, elə özü
də bunu cox gec - 85 yaşında dərk etdi. Vaxtında bilsəydi heç o ittifaqa üzv
olmazdı”.
Yazıçı-dramaturq
Mövlüd Süleymanlı isə Çingiz Hüseynovun gedişinə təəssüfləndiyini qeyd edib:
"Mən Çingiz Hüseynovun "Fətəli fəthi” romanının redaktoru olmuşam. O
əsərdən xoşum gəlib. Onun yaradıcılığını qiymətləndirirəm və bəyənirəm. Çingiz
Hüseynov zəhmetkeş, özünəməxsus, təmiz və əxlaqlı yazıçıdır. Çingiz Hüseynov
Yazıçılar Birliyindən getməməli idi. Belə məsləhət bilib yəqin. Amma Fikrət
Qoca da düz deyir. Əgər o, istefa verib gedibsə, doğrudan da onun gedişi ilə
Azərbaycan Yazıçılar Birliyi və yazıçılar heç nə itirmir”.
Qeyd
edək ki, Yazıçılar Birliyinin katibi Fikrət Qoca AzNews.az-a açıqlamasında
bildirmişdi ki, Çingiz Hüseynovun gedişi ilə AYB heç nə itirmir.