Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təmizlik xidmətinin satın alınması ilə bağlı iki tenderə yekun vurub.

Mia.az FED.az-a istinadla xəbər verir ki, hər iki tenderin qalibi “Parlaq Məkan” MMC olub.

Qalib şirkətə müvafiq olaraq “Sabirabad regional “ASAN xidmət” mərkəzində 2024-cü il üçün təmizlik xidmətlərinin satınalınması” tenderi üzrə 167 969 manat, “Şəki regional “ASAN xidmət” mərkəzində 2024-cü il ərzində təmizlik xidmətlərinin satınalınması” tenderi üzrə isə 184 930 manat ödəniləcək.