Azərbaycan Mərkəzi Bankı fevralın 13-də keçirilmiş valyuta hərracında bankların tələbinin rekord həddə - 151,1 milyon ABŞ dollarına çatmasına görə yaranan ajiotaja reaksiya verib.

Mia.az xəbər verir ki, Mərkəzi Bank dollara artan tələbi belə izah edib:  "Bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə bağlıdır. 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55 %-də təklif tələbi üstələyib. Valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir".