İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində mülki fələstinlilərə qarşı əməliyyatları fasiləsiz davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün səhər Ramallah, Əl-Bira, Qalkilya, Tubas, Tulkerem, Nablus və Hebronda bir çox evlərə basqınla həyata keçirilib.
İlkin məlumata görə, basqınlar zamanı gərginlik yaranıb, 5 nəfər həbs olunub: "7 oktyabr 2023-cü il tarixindən bu yana İordan çayının qərb sahilində 7 mindən çox mülki şəxs heç bir rəsmi ittiham irəli sürülmədən səbəbsiz həbs olunublar...".
Samir Musayev
Mia.az