Dünyanın ən çox əhalisi olan ölkələrindən biri olan İndoneziyada seçki həyəcanı yaşanır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 200 milyondan çox seçici bu gün prezident və vitse-prezident, həmçinin deputatlar seçmək üçün səs verirlər.

Qeyd edək ki, Prezidentliyə üç namizəd mübarizə aparır.

Təxminən 17 min adadan ibarət olan İndoneziyada seçicilər 890 min nöqtədə səs verəcək və seçki prosesini 7 milyon müşahidəçi izləyəcək.

Lamiyə Əhmədli

MİA.AZ