Türkiyənin Çukurova Bələdiyyə sədri Soner Çətin partiyası tərəfindən 31 martda keçiriləcək bələdiyyə seçkilərində yenidən namizəd göstərilməməsinə etiraz olaraq CHP-dən istefa verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu haqda sosial media hesabında bəyanat yayıb.
Soner Çətin CHP-nin hazırkı rəhbərliyini "topa tutub", namizəd siyasətinin qohum-əqrəba münasibətləri ilə tənzimləndiyini iddia edib: "Ömrünü Cümhuriyyət Xalq Cümhuriyyətində keçirmiş biri kimi partiyada qürurla xidmət etdim, şahidi olduğum bu narahatedici vəziyyətə görə partiyamdan istefa verdiyimi təəssüflə bildirirəm. Amma bu hekayə bununla bitmir”.
Fərid Aslan
MİA.AZ