Türkiyə ordusu Suriyanın şimalındakı Zeytun Budağı və Fərat Qalxanı bölgələrində terrora hazırlaçan PKK/YPG üzvlərinə qarşı daha bir zərbə endirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, zərbə nəticəsində 5 PKK/YPG terrorçusu məhv edilib.
Nazirlik əlavə edib ki, bölgədə terrorun mənbəyi yox olana qədər qətiyyətli mübarizə davam edəcək.
Firudin Səfərli
MİA.AZ