Pakistanda fevralın 8-də keçirilən seçkilərdə uğursuzluqla üzləşən üç siyasi partiya lideri istefa verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, seçkinin nəticələri bəlli olduqdan sonra Camaat-e-İslami Partiyasının lideri Siracul Hak, Fortifikasiya-e-Pakistan Partiyasının (IPP) lideri Cahangir Tarin və Pakistan Ədalət Hərəkatı-Parlamentarilərin (PTI-P) lideri Pərviz Xattak istefa verdikərini açıqlayıb.
Məlumata görə, Camaat-i İslami Partiyası ölkə parlamentində bir yer qazana bilməyib.
Partiya lideri Hak bildirib ki, qarşıya qoyulan hədəfə nail ola bilmədiklərindən bu postda qalması mümkün deyil: "Bu gündən artıq partiyas dəri vəzifəsindən gedirəm...".
Həbsdə olan keçmiş baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatından (PTI) ayrılan və İPP adlı partiya isə Milli Assambleyada (parlament) cəmi 2 mandat əldə edib. Partiya sədri Cihangir Tarin bunu uğursuzluq sayaraq istefa verib.
Pərviz Xattak da lideri olduğu partiyada da cəmi 2 mandat qazandığı üçün liderlik kürsüsündən getdiyini bəyanlayyəb.
Xatırladaq ki, seçkidə hazırda həbsdə olan keçmiş baş nazir İmran Xanın partiyası çoxluğu, keçmiş baş nazir Nəvaz Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) isə ikinci yeri qazanıb.
Samir Musayev
MİA.AZ