İordan çayının qərb sahilində daha 35 fələstinli həbs edilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi ilə məlumat yayıb.
Məlumata görə, İsrail əsgərləri Şərqi Qüds, Ramallah, Tukarim, Nablus və Yerixo şəhərlərinə son sutkada xeyli evlərə basqın həyata keçirib: "Bu basqınlar zamanı heç bir səbəb göstərilmədən ümumilikdə 35 nəfər saxlanılaraq naməluim istiqamətə aparılıb. Hazırda onların taleyi ilə bağlı araşdırma aparılır".
Xəbərdə o da deyilir ki, 7 oktyabr 2023-cü il tarixindən bu yana İsrail tərəfindən İordan çayının qərb sahilində 7 minə yaxın fələstinli qandallanıb.
Tahir Şəlvəli
MİA.AZ