İsraildə “Yəhudi ola bilərdim” açıqlaması ilə bir daha diqqətio özünə çəkən Argentinanın ifrat sağçı prezidenti Xavyer Milei Vatikana gedib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, vaxtilə "Şeytan" və " “Şeytanın yer üzündəki nümayəndəsi” adlandırdığı, hazırda səhhəti ilə bağlı əlil arabasında əyləşən Papanın qarşısında diz çökərək, onu qucaqlayıb.
Məlumata görə, Papaya sarılan ölkə başçısı ona jestlər edib, şəxsinə təriflər yağıdırb. Bu isə dünya mediasında Miley barədə "hərdəmxəyal prezident" təqdmatına yol açıb.
Tahir Şəlvəli
MİA.AZ