İsrailin Qəzza zolağına hücumları nəticəsində həyatını itirən fələstinlilərin sayı hər keçən gün artır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi son məlumatı açıqlayıb.

Bildirilib ki, son 24 saatda yaşanan bombardmanlarda daha 112 fələstinli ölüb, 173 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar: "Bununla da oktyabrın 7-dən bu yana ölənlərin sayı 28 min 176-ya, yaralananların sayı isə 67 min 784 nəfərə çatıb".

Məlumatda o da deyilir ki, ötən ilin oktyabrın 7-dən başlayan bombardmanlarda çökən binaların altında isə təxminən 7500 nəfərdən çox insan qalıb.

Tahir Şəlvəli

MİA.AZ