Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının gənclər təşkilatı komitəsinin fəalı Əyyub Çələbi dünən saxlanılıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, o, məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.
Xatırladaq ki, onun atası Xəyyam Çələbi ADR Səbail rayon təşkilatı sədridir.
Atası bildirib ki, oğlu dünən evdən çörək almaq üçün çıxıb və həbs edilib.
Həbsin dəqiq səbəbi açıqlanmayıb.
MİA.AZ