Qoç - travma riskinin çox olduğu gündür. Yorucu və mürəkkəb işdən, sükan arxasında uzun müddət olmaqdan, şübhəli toplantılara qatlımaqdan imtina edin. Uzaqdan xoşagəlməz xəbərlər ala bilərsiniz. Konkret məqsədə çatmaq üçün son vaxtlar göstərdiyiniz səylərin əbəs olduğunu anlayacaqsınız.

Kənar təsirlərə boyun əyməyin, soyuqqanlı davranın. Manipulyasiyaya uymayın. Kimsəyə imkan verməyin ki, sizi idarə etsin. Daha sərt mövqe tutun.

Buğa - nüfuzlu şəxsin dəstəyini ala bilərsiniz. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Yeni layihələrə qatılın, işgüzar təşəbbüslə çıxış edin. İdeyalarınız anlayışla qarşılanır. Onların əksəriyyətini reallaşdırmaq mümkün deyil. Yaxın ətrafınızdakı insanlar sizə rəğbətlə yanaşırlar. Maraqlı imkanlar yaranır. Ciddi romantik münasibətlərin başlanması istisna deyil. Təmasların asan olmayacağını bilin.

Əkizlər - çoxsaylı kiçik problemlər vəd edən gərgin gündür. Gerçəkdən də, mühüm işlə məşğul olmağa vaxtınız qalmayacaq. Daim nəyisə yoluna qoymaq, düzəltmək, qaydaya salmaqla məşğul olacaqsınız. Səhlənkarlıq və diqqətsizlik anlaşmaların uğursuzluğuna, maliyyə itkilərinə səbəb ola bilər. Nəqliyyat vasitəsini idarə edərkən xüsusilə diqqətli olun.

Sizə birbaşa dəxli olmayan münaqişələrlə qarşıdurmalara qarışmayın, mübahisələrdə iştirak etməyin. İştirakınızı mütləq saydığınız situasiyalarda belə, başqalarının problemlərini çözməyə çalışmayın. Axşam saatlarını evdə, yaxınlarınızın yanında keçirin. Onlar sizi tez başa düşürlər.

Xərçəng - bu gün görə biləcəyiniz ən yaxşı iş önəmli işə başlamamaqdır. Ciddi işlərə başlamaq, mühüm məsələlərin həllini planlaşdırmaq üçün əlverişli deyil. Rutin işlərlə məşğul olaraq pozitiv emosiyalar ala bilərsiniz. Yeni tanışlıqlar, maraqlar istisna deyil. Romantik münasibətlər başlarsa, sürətlə inkişaf edəcək. Maliyyə çətinlikləri istisna deyil. Alış-verişi təxirə salın. Qısamüddətli səfər və səyahət istisna deyil. Uzunmüddətli səyahətə çıxmayın.

Şir - sakit və rahat gündür. Çoxdan bəri görmək istədiyiniz, amma vaxt tapmadığınız işi bitirə bilərsiniz. Sizi maraqlandıran suallara cavab tapacaqsınız. Cavablar sizi narazı qoymayacaq. Qeyri-adi görüşlər, tanışlıqlar ola bilər. Qarşı tərəfdə xoş hisslər yaradın.

Alış-verişdə diqqətli olun. Pulu boş yerə xərcləməyin, yalnız lazım olan əşyalar alın. Yaşlı qohumlar və tanışlarla ünsiyyətdə fayda var. Yardım və məsləhət alacaqsınız. 

Qız - çox gərgin olsa da, maraqlı gündür. Sizi maraqlı görüşlər, sizinlə eyni istiqamətdə hərəkət edən insanlarla təmaslar gözləyir. Çox danışmayın, soyuqqanlı və ehtiyatlı olun. Şəraitə rəğmən, təmkinli davranın. Çətin vəziyyətlərdə müttəfiq və tərəfdaşların yardımlarına güvənə bilərsiniz.

Ciddi iş və genişmiqyaslı layihələr üçün əlverişli gün deyil. Peşəkar aktivlik səviyyəsini ifrat dərəcədə artırmayın. Şəxsi münasibətlər baxımından uğurlu gündür. Axşam saatlarında dostlarla görüşməyi unutmayın.

Tərəzi - günün ilk yarısı danışıqlar, anlaşmalar, sövdələşmələr üçün əlverişli zamandır. Planlarınızı uğurla reallaşdıra bilərsiniz. Qısamüddətli və ya uzunmüddətli əməkdaşlığı ehtiva edən sənədləri imzalamaq olar.

Əks cins mənsubu ilə tezliklə dil tapa bilərsiniz. Uzunmüddətli planlar qurun, gələcəyi düşünün. İntuisiyanız sizə necə davranmağın yolunu göstərəcək. Bir sıra işlər planlaşdırdığınız kimi alınmayacaq.

Əqrəb - günün ilk yarısında diqqətli, sayıq olun. Hesablarda yanılmayın, xırdalıqlara və detallara fikir verin. Həmfikirlər tapacaqsınız. Onların yardımı ilə bir sıra ciddi problemləri həll edə bilərsiniz. Tərəfdaşlarla təmaslar üçün əlverişli gündür. Nüfuzlu insanlarla görüşə bilərsiniz. Əks cins mənsubları ilə təmaslarda həssas olun.

Yaxınlarınız qarşısında yüksək tələblər qoymayın, ifrat iradlar səsləndirməyin. Nöqsan və zəiflikliklərinizə haqq qazandırmayın. Belə olarsa, dostlarla münasibətlərdə sərinlik yaranacaq. Qarşılıqlı umu-küsü də istisna deyil.

Oxatan - dəyişikliklər yaşanacaq. Onlar gözlədiyinizdən də ciddi ola bilər. Yeni situasiyada özünüzü itirməyin. Niyə və necə davranmağın yollarını arayıb müəyyənləşdirin. Etiraflar üçün münasib gün deyil.

Gözlənilməz və dəyərli hədiyyələr ola bilər. Köhnə dostlar özlərini xatırladacaqlar. Onlarla əla vaxt keçirə bilərsiniz. Axşam saatları sakit istirahət üçün əlverişlidir. Dəvət aldığınız məclisə və ya çağırıldığınız tədbirə qatılın.

Oğlaq - ehtiyatlı və sayıq olun. Macəra aramayın, sərgüzəştlər axtarmayın. Əks halda ciddi səhvlərə yol verəcəksiniz. Sizinlə ünsiyyətdə olmaq istəyən insanlar çoxdur. Onlarla mühüm məsələləri müzakirə etmək olar. Yaxın ətrafınızdakı insanlardan biri və ya bir neçəsi qarşısına qoyduğu hədəfə çata bilmədiyi üçün sizdən narazıdır. Onlar uğursuzluqlarında sizi suçlu bilirlər.

Əvvəlcədən hazırladığınız plan üzrə hərəkət edin. İmprovizələr məsləhət deyil. Çox böyük rəğbət bəsləməyinizə rəğmən son vaxtlar münasibətlərinizdə sərinlik yaşanan insanla səmimi danışın. Qarşılıqlı anlaşma yolunda hansı sədlər yaratdığınızı aydınlaşdırın.

Dolça - günün ilk yarısı əhvalınızın xoş olduğu gündür. Baş verənlərə rəğmən soyuqqanlı olun. Xırdalıqlara və təfərrüatlara fikir versəniz, tezliklə qələbəyə nail olacaqsınız. Nikbin olun. Hansısa iş alınmayanda dərd etməyin.

Qəfil görüşlərdən biri yeni, romantik münasibətlərin əsasını qoya bilər. Ailə problemlərinin həlli, yaxınlarınız üçün əhəmiyyətli məsələlərin həlli üçün əlverişli gündür.

Balıqlar - asan, rahat, əlverişli gündür. Axına qarşı çıxmayın, hadisələrin məcrasına müdaxilə etməyin. Hər şey təbii istiqamətində olmalıdır. İşgüzar tərəfdaşlarla münasibətlər normal olacaq. İşdə rəhbərlik və həmkarlarla təmaslarda, evdə yaxınlarınızla söhbətlərdə həssas və diqqətli olun.

Bəyəndiyiniz işlə məşğul olmaq imkanı yaranır. Xoşagəlməz işləri təxirə salın. Maraqlı işgüzar təkliflərin alınması mümkündür. İş yerini dəyişmək və ya köçmək barədə düşünə bilərsiniz.Yeni ideyalar pis deyil.

Milli.Az