İsrail Suriyanın paytaxtı Dəməşqi bu gün bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail qırıcıları yerli vaxtla saat 14.30 radələrində paytaxt Dəməşqin Mezze hava limanı və Seyyidə Zeynep məhəlləsinə zərbələr endirib.
Məlumatla bağlı hələlik nə İsrail, nə də Suriya rəhbərliyi rəsmi açıqlama verib.
Ancaq Suriya mediası yazır ki, Dəməşqin Seyyide Zeynep məhəlləsində İranın dəstəklədiyi qrupların qərargah kimi istifadə elədiyi ev vuurlub.
Tahir Şəlvəli
MİA.AZ