Fevralın 6-da ABŞ-ın geniştirajlı “Eurasia review” jurnalında Naxçıvan Muxtar Respublikasının (MR) yaradılmasının 100 illik yubileyi ilə bağlı Naxçıvan Dövlət Universitetinin əməkdaşı, dosent Əli Cabbarovun məqaləsi dərc olunub.
Mia.az xəbər verir ki, “Naxçıvan: Cənubi Qafqazın ən güclü ölkəsinin muxtar respublikası” başlıqlı yazıda Naxçıvanın qədim tarixi, XX əsrin əvvələrində bu coğrafiyada baş vermiş gərgin siyasi proseslər, 1920-ci ilədək Azərbaycanla bütöv olmuş Naxçıvanın Zəngəzur torpaqları Ermənistana veriləndən sonra əhalisinin mübarizəsi ilə muxtar respublika kimi Azərbaycanın tərkibində qalması, Sovet hakimiyyəti illərində Naxçıvanın keçdiyi yol və ölkəmizin dövlət müstəqilliyi dövründə Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri sayəsində muxtar respublikanın inkişafı haqqında fikirlər yer alıb.
Məqalədə müasir Naxçıvanın iqtisadiyyatı, turizm potensialı ilə yanaşı, strateji mövqe kimi Zəngəzur dəhlizinin açılmasından sonra Türk dünyası arasındakı əhəmiyyətindən də ingilis dilli auditoriyaya maraqlı məlumatlar çatdırılıb, 1918-ci ilə Parisdə çap olunmuş Azərbaycan Respublikasının xəritəsi istinad kimi verilib.
Məqalə ilə https://www.eurasiareview.com/06022024-nakhchivan-autonomous-republic-of-most-powerful-country-in-southern-caucasus-oped/ linkində tanış olmaq mümkündür.