İsrailin Qəzza zolağına hücumları davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra açıqlama verib.

O bildirib ki, son sutkada daha 107 mülki şəxs həlak olub, 142 nəfər yaralanıb: "Bununla da oktyabrın 7-dən bu yana ölənlərin sayı 27 min 947-yə, yaralıların sayı 67 min 459-a çatıb".

Tahir Şəlvəli

MİA.AZ