Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi bəyanat verib.

Bəyanata görə, Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi danışıqları ilə bağlı uğurlu vasitəçilik səyləri davam edir: "Bu dəfə Rusiya və Ukrayna tərəfimizin vasitəçiliyi ilə qarşılıqlı olaraq 100 hərbçini azad etdi. Bununla da iki ölkə arasında ilin əvvəlindən bəri üçüncü əsir mübadiləsi baş tutub".

BƏƏ-dən bildirilib ki, iki ölkə arasındakı böhranın sülh yolu ilə həlli istiqamətində də səyləri davam etdirirlər.

Tahir Şəlvəli

MİA.AZ