İsrailin Qəzzada Rəfah və Deyr əl-Belah şəhərlərinə hücumlarə davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb.
Məlumatda deyilir ki, İsrail döyüş təyyarələri gecədən başlayaraq Qəzza zolağının cənubundakı Rəfah və mərkəzi hissədəki Deyr əl-Belah bölgəsinə hava zərbələri endirir: "Nəticədə ən azı 21 nəfər ölüb, 50-dən çox yaralı var".
Xatırladaq ki, 7 oktyabrdan bəri Qəzzada azı 12 mini uşaq, 8 min 190-ı qadın olmaqla 27 min 840 fələstinli həlak olub, 67 min 317 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu iddia olunur.
Tahir Şəlvəli
MİA.AZ