ABŞ administrasiyası İsrailə xəbərdarlıq edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Evin rəsmisi Con Kirbi gündəlik mətbuat konfransında söz açıb.
O, israilin Rəfah bölgəsinə göğzlənilən hücumu ilə bağlı deyib: "Biz İsrailin dərhal və ya yaxın gələcəkdə Rəfəh bölgəsində hərbi əməliyyatlara başlayacağına dair planları görməmişik. Fələstinlilər Rəfah və onun ətrafında mühafizə olunur. Orada çoxlu köçkünlər var. Bu insanlara qarşı hərbi əməliyyatlar dəhşətli fəlakət yaradar. O səbəbdən biz bu hücumu dəstəkləmirik".
Xatırladaq ki, təxminən 2,3 milyon insanın yaşadığı Qəzza zolağında təxminən 1,9 milyon fələstinli məcburi köçkün vəziyyətinə düşüb. Onların əksəriyyəti Qəzza zolağının cənubunda - Misirlə sərhəddə yerləşən Rəfah şəhərinə sığınıb.
Samir Musayev
MİA.AZ