Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Xidməti istifadə üçün sedan tipli minik avtomobillərinin satın alınması ilə bağı elan etdiyi tenderin qalibi bəlli olub.

Mia.az 32gun.az-a istinadla xəbər verir ki, müsabiqənin qalibi "Toyota Absheron Merkezi" MMC olub.

Tərəflər arasında 523.600 AZN-lik müqavilə imzalanacağı gözlənilir.

Müqaviləyə əsasən qalib şirkət agentlik üçün göstərilən məbləğə 8 ədəd Sedan tipli minik avtomobili almalıdır.

Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovdur.

Mia.az onu da bildirir ki,ƏƏSMN-in strukturlarına aid olan bütün müəssisilər nə sirdirsə, hamısı bu MMC-dən bahalı maşınlar alır.

Bu və ya digər məqamlarla bağlı araşdırmamız olacaq.

Samir

MİA.AZ