"Şimali Koreyanın təhdidlərinə baxmayaraq, ölkəmiz nüvə gücünə əl atmayacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Cənubi Koreya prezidenti Yoon Suk Yeol bəyan edib.
Cənubi Koreyanın "KBS News" kanalınaa danışan Yoon bildirib ki, ölkəsi nüvə silahı hazırlamaq üçün kifayət qədər texnologiyaya sahibdir: "Lakin biz buna sahib olmaq niyyətində deyilik. Nüvə silahlanması ticarətdən asılı olan ölkə iqtisadiyyatını məhv edə bilər. Yəni, əgər biz nüvə silahı istehsal etsək, hazırda Şimali Koreyada olduğu kimi, bir çox iqtisadi sanksiyalara məruz qalacağıq".
Prezident Yoon əlavə edib ki, nüvə silahından əl çəkəcəkləri təqdirdə Şimala iqtisadi yardım göstərəcəklər: "Biz buna hazırıq".
Lamiyə Əhmədli
MİA.AZ