Xalq Bərabərliyi və Demokratiya Partiyasından (DEM Partiyası) İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədliyi irəli sürüləcəyi gözlənilən keçmiş HDP-nin həbsdə olan sabiq həmsədri Səlahəddin Demrtaşın xanımı Başak Demirtaş yazılı açıqlama yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İstanbul Böyükşəhər Bələdiyyəsinə namizəd olmayacağını bəyan edib:

"Partiyamızın böyük qayğı ilə yürütdüyü yerli seçki siyasətinə güclü dəstək vermək üçün İstanbul Böyükşəhər Bələdiyyə Başçısı vəzifəsinə namizədliyi üçün məsuliyyət daşımağa hazır olduğumu ifadə etdim. Biz 05.05.2024-cü il tarixində partiyamızı təmsil edən nümayəndə heyəti ilə bir araya gəldik, birgə müzakirə apardıq. Namizədlik müzakirələrində bizə tam dəstək və etimad göstərdikləri üçün DEM Partiyasının rəhbərliyinə və hörmətli xalqımıza sonsuz təşəkkürümüzü bildiririk. Ancaq bu mərhələdə partiyamızla ortaq konsensusa gəldik ki, mənim İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədliyimlə bağlı verdiyim bəyanat rəsmiləşməsin. Bütün xalqımız, partiya üzvlərimiz bilməlidirlər ki, bütün qərarlar partiyamızla tam uyğunluq və koordinasiya şəraitində qəbul edilib".

Vaşak Demirtaş bildirib ki, DEM-in yaxın günlərdə açıqlayacağı namizədlər hamımızın namizədi olacaq: "Biz bütün gücümüzlə bu dəyərli dostların arxasında dayanıb partiyamızın uğurları üçün çalışacağıq".

Firudin Səfərli

MİA.AZ