"Rusiyanın Kiyevə raket zərbələri nəticəsində 4 nəfər ölüb, 35 nəfər yaralanıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Rusiyanın bu gün paytaxta raket hücumları ilə bağlı açıqlamasında deyib.

Kliçko bildirib ki, Rusiya ordusu Kiyevin Qolosiyiv rayonundakı 18 mərtəbəli yaşayış binasını raketlə vurub: "Burada 4 nəfər həlak olub. Bundan başqa Qolosiyivdə 32, Dnepr rayonunda isə 3 nəfər olmaqla, ümumilikdə 35 nəfər yaralanıb".

Firudin Səfərli

MİA.AZ