İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.

Mia.az xəbər verir ki, hərraca çıxarılan “Hyundai Getz” markalı avtomobilin start qiyməti 1 275 manat olsa da, son təklif 7 800 manata yüksəlib. İlkin qiyməti 6 750 manat olan “Mercedes Benz Vito” avtomobili isə 9 500 manata özəlləşdirilib.

Satılan əmlaklar üzrə dövlət büdcəsinə 91 075 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/38afiC linki vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, cari ay üzrə növbəti hərraclar 20 və 27 fevral tarixlərində keçiriləcək. Hərraclara 117 nəqliyyat vasitəsi, 4 səhmdar cəmiyyətinin səhm paketi və 1 kiçik dövlət müəssisəsi çıxarılacaq.