Məşhur müğəni Mahsun Kırmızıgülün ssenari müəllifi və rejissorluğunu etdiyi filmə görə böyük məbləğdə zərərə uğrayıb.
Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, "Prestij Meselesi" filmində 112 milyon TL (təxminən 3.7 milyon dollar) sərmayə qoyan Mahsun Kırmızıgül gözlənilən uğuru qazana bilməyib.
Filmə baxış az olduğundan o, çəkdiyi 120 milyon xərcdən cəmi 8 milyonunu çıxara bilib.
Məlumata görə, filmdə Engin Hepileri, Eser Yenenler, Aslıhan Güner, Biran Damla Yılmaz, Nursel Köse, Şebnem Bozoklu, Melisa Döngel, Ali Sürmeli, Erkan Petekkaya, Defne Samyeli, Celil Nalçakan, Zafer Ergin, Erdal Özya kimi tanınmış aktyorlar oynayıb. İlk dəfə 2020-ci ildə nümayişə çıxması planlanan film ölkədə baş verən dəhşətli zəlzələ səbəbindən dayandırılıb.
"Prestij Meselesi" filmi 3 fevral 2023-cü ildə ilk dəfə nümayiş olunub. Beləliklə, 8 həftə nümyiş ollunan filmdən 8 milyon qazanc əldə edən Mahsun Kırmızıgül 112 milyon zərərlə üzləşib. Bundan sonra maddi sıxıntı yaşayan Kırmızıgül müğənni kimi tez-tez səhnədə görünməyə başlayıb.
Ləman
MİA.AZ