“Trabzonspor”un sağ cinah müdafiəçisi axtarışını davam etdirir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qara dəniz komandası hazırda Bundesliqa komandalarından "Dortmund Borussiyası"nda çıxış edən Tomas Menyeni "qaralayıb".

Məlumata görə, 32 yaşlı sağ cinah müdafiəçisi üçün danışıqlara başlayan "Trabzonspor" transfer haqqını aşağı endirməyə çalışır.

Xatırladaq ki, karyerasında “Club Brugge”, PSJ və “Borussiau Dortmund”da çıxış edən Menye mövsümöncəsi zədələnərək, təxminən 3 aya yaxın meydanlardan uzaq qalıb. Zədəsindən sonra formasını bərpa edən və dekabrın əvvəlindənmeydana çıxan belçikalı futbolçu 8 oyunda forma geyinib.

Fərid Aslan

MİA.AZ