"Beşiktaş" "Nottingem Forest"dən Co Uorralı icarə əsasında heyətinə qatıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Bildirilib ki, belçikalı müdafiəçi ilə mövsümün sonunadək müqavilə bağlanıb: "Co Uorralı salamlayır və ona uğurlar arzulayırıq".
Xatırladaq ki, 27 yaşlı və 1,90 metr boyu olan Co Uorral bu mövsüm "Nottingem Forest"ın heyətində 9 oyunda forma geyinib.
Bazar dəyəri 12 milyon avro olan futbolçu daha sonra "Dagenham & Redbridge" və "Glasgow Rangers" komandalarına icarəyə verilib.
Fərid Aslan
MİA.AZ