İstanbulda 36 yaşlı müğənni kafedə döyülərək öldürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni  Umut Emre Aytekin ilə nişanlısı ilə restoranda musiqçiçi olduğu deyilən iki nəfərin qəfil hücumuna məruz qalıb.

Məlumata görə, kofe alarkən arxadan ona qəfil hücum edənlərin zərbələri nəticəsində o, yerə yıxılıb.

Bu zaman onlar yerdə də onu yumruq və təpik zərbələri endiriblər.

Yayılan görüntülərdənaydın olur ki, müğənnini iki nəfərin hücumundan nişanlısı Mariya Zeppin xilas etməyə çalışıb. Ancaq başından aldığı zərbələr nəticəsində ağır vəziyyətə düşən müğənni xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Hadisədən sonra  22 yaşlı Ceyhun T. və 23 yaşlı Hayrettin Ö. (23) saxlanılıblar.

Diqəqtçəkən məqamlardan biri də odur ki, hücum edənlər hadsədən sonra kafedən qaçsalar da, sonradan onlar geri qayıdaraq döyülən müğənninin başının üstə gözləyiblər.

Xəbərdə o da deyilir ki, Umut Emre Aytekin evin tək övladı olub.

Dayısı Mahmut Dilek bildiirb ki, Umut Emre Aytekinin ölümü ailəsini "yıxıb": "Bir ailə, nəsil məhv oldu...Bütün ümidlərimiz tükəndi...."

Ləman

MİA.AZ