"Azərbaycan və Rusiya strateji tərəfdaşdır”. 

Bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Lavrov həmkarı ilə görüşdə Azərbaycanın Avropa İqtisadi Birliyinə qoşulması məsələsinin müzakirə olunmadığını deyib. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, bu problem Avropa İqtisadi Birliyinə heç bir aidiyyatı yoxdur.

O, ölkələr arasında əməkdaşlığın çoxtərəfli formatda inkişaf etdiyini deyib və Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər etdiyini xatırladıb: "Bu ay isə qanunverici və digər rəsmi səviyyələrdə Rusiya rəsmilərinin Azərbaycana səfərləri olacaq. Qəbələdə Rusiya-Azərbaycan forumu keçirilib, oktyabrda isə Bakı Beynəlxalq Forumu keçiriləcək”.

Rusiya XİN Ermənistan və Azərbaycan prezidentlərinin görüşünə də toxunub. 

O, qeyd edib ki, praktik addımların atılması barədə nə qədər tez razılığa gəlinsə, həm Azərbaycan və Ermənistan, həm də region üçün çox yaxşı olar. 
anspress