Türkiyə Mərkəzi Bankın sədri Hafize Gaye Erkan gözlənilmədən istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Mərkəzi Bankın sədri bildirib ki, artıq prezident Ərdoğana istefası ilə bağlı ərizə verib.

O, istefasını son vaxtlar şəxsinə olan hücumlarla əlaqələndirib: "Vəzifəyə gəldiyim son 9 ayda müsbət irəliləyişlərə baxmayaraq, ictimaiyyətə məlum olduğu kimi, son vaxtlar mənə - şəxsimə qarşı  böyük bir "reputasiya sui-qəsdi" təşkil edilib. Ailəmin, üstəlik, yaş yarımı belə olmayan günahsız uşağımın daha çox təsirə məruz qalmaması üçün prezidentimizdən ilk gündən şərəflə yerinə yetirdiyim vəzifəmdən məni azad etməsini xahiş etdim...”. 

Mərkəzi Bank sədrinin paylaşımını aşağıda olduğu kimi təqdim edirik:

Firudin Səfərli

MİA.AZ