Kanadanın baş naziri Castin Trudeau Mississauga ştatında məscidə edilən hücumu pisləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Baş nazir islamafobiyanın cəmiyyətdə yeri olmadığını bildirib.

Bu hücumun 29 yanvar 2017-ci ildə Kvebek Şəhər İslam Mədəniyyət Mərkəzi məscidinə edilən silahlı hücumun ildönümünə təsadüf etdiyinə diqqət çəkən Trudeaunun sözlərinə görə, belə aktlar yolverilməzdir: "Bu hücum qorxaqca, narahatedici və qəbuledilməzdir. Bu hücumu ən sərt şəkildə qınayıram. İslamofobiyanın cəmiyyətimizdə yeri yoxdur".

Xatırladaq ki, bazar günü gecə məscidin pəncərələrinə daşlar atılı. Hadisə zamanı xəsarət alan olmayıb.

Samir Musayev

MİA.AZ