Keniyanın paytaxtı Nayrobidə qaz partlayışı ağır itkilərə səbəb olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilkin məlumata görə, 2 nəfər ölüb, 200-ə yaxın adam yaralanıb.
Hökumət sözçüsü İsaak Mvaura bildirib ki, gecə saatlarında naməlum səbəbdən qaz doldurma məntəqəsində partlayış baş verib: "Partlayış zamanı bölgə sakinləri evlərində olduğundan can itkisi daha az olub. Lakin buna baxmayaraq, 2 nəfər ölüb, 200-ə yaxın adam yaralanıb. Bir sıra evlər dağılıb, ərazidəki tiklilərə böyük zərər dəyib".
Sözçü ölü sayının artma ehtimalını da istisna etməyib.
Tahir Şəlvəli
MİA.AZ