Türkiyə ordusu İraqın şimalına növbəti dəfə zərbə endirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Asos bölgəsində aşkarlanan 4 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib: "Bölgədə son terrorçu qalana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək".

Firudin Səfərli

MİA.AZ