Türkiyədə daha bir mafiya çökdürülüb
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
O bildirib ki, Balıkəsir şəhərində keçirilən “KAFES-34” əməliyyatı çərçivəsində çete lideri Gökhan Kuş başda olmaqla, mütəşəkkil cinayət qrupunun üzvləri həbs edilib.
Nazir bildirib ki, mafiya üzvlərinin barəsində çoxsaylı cinayətlər var: "Onlar sələmçilik, hədə-qorxu, ev və iş yerlərinə basqın, xərac toplama, qəsdən adam yaralama və öldürməyə cəhd və sair cinayıətlərdə ittiham olunurlar".
Firudin Səfərli
MİA.AZ