Türkiyənin Antalya şəhərinin Aksu Bələdiyyəsində bir vəzifəli şəxs evini sökməmək üçün əcnəbi bir qadınla əxlaqsızlıq təklifi edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bələdiyyənin vəzifəli şəxsinin iyrənc təkliflərindən bezən qadın onunla növbəti söhbətini videoya çəkib.
Videodan aydın olur ki, vəzifəli şəxs qadına evinin sökülməməsi üçün intm təklif edib: "Sən cəmi 4 gecəyə razılıq verirsən, ancaq bu azdır. Bilirsən, çoxunun evlərini sökmüşəm, səni isə yola verərəm".
Videofakt yayıldıqdan sonra isə həmin şəxsin bələdiyyədən uzaqlaşdırldığı iddia olunub.
Firudin Səfərli
MİA.AZ