Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İstiqrazları üzrə 1 milyon 125 min ABŞ dolları məbləğində 9-cu kupon ödənişi edilib.
“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, SOCAR İstiqrazlarının nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 % təşkil edir. İstiqrazlar üzrə faiz gəlirləri rüblük qrafiklər əsasında ödənilir.
Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağıza çevrilən SOCAR İstiqrazları üzrə onun sahiblərinə ümumi qazancı 10 milyon 125 min ABŞ dollarına çatıb. 5 ilin yekununda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcək.
27 aylıq müddət ərzində təkrar bazar əməliyyatları həcminin 40 milyon ABŞ dollarını üstələməsi və bağlanmış əqd sayının 700-ə yüksəlməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricisidir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycandakı lisenziyalı bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstqirazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1 000 ABŞ dolları) aşağı düşməyib.
SOCAR İstiqrazlarının növbəti kupon ödənişi mayın 1-də baş tutacaq.
Mia.az