Bədii filmlərin çəkilişlərinə maliyyə ayrılması üçün Mədəniyyət Nazirliyinə müraciət ünvanlanıb.

Mia.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqına istinadla xəbər verir ki, Kinorejissorlar Gildiyasında “Tammetrajlı bədii film layihələrinə dəstək - 2022” nəticələrinin reallaşmaması məsələsi müzakirə olunub.

 İttifaq da situatsiya ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb.

Müraciətdə müsabiqənin nəticələrinin reallaşmasının yeni nəsil kinematoqrafçılar nəslinin formalaşmasında oynaya biləcəyi müsbət rol qeyd edilib, layihələrin maliyyələşməsi istiqamətində təcili addımlar atılmasına çağırılıb.