"Macarıstan Bosniya və Herseqovinanın Avropa İttifaqının (Aİ) üzvlüyünü dəstəkləyir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovniczki Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helezlə görüşdə deyib.

Macarıstanın bu ilin ikinci yarısında Aİ-yə sədrlik edəcəyini xatırladan Szalay-Bobrovniczkinin sözlərinə görə, bu, Aİ-nin genişlənməsini təşviq etmək üçün yaxşı fürsət olacaq: "Macarıstanın ən böyük prioritetlərindən biri Balkanlar, o cümlədən Bosniya və Herseqovinanın gələcək təhlükəsizliyidir. Biz Bosniya və Herseqovinanın Aİ və NATO-ya üzvlüyünü dəstəkləyirik".

Szalay-Bobrovniczky bu gün Aİ-nin Bosniya və Herseqovinadakı Sülhməramlı Missiyasının komandanlığını macar general-mayor Laszlo Sticzin üzərinə götürəcəyini  xatırladıb və bunun münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyini qeyd edib.

Xatırladaq ki, 2022-ci il dekabrın 15-də Aİ-yə "namizəd ölkə" statusu almış Bosniya və Herseqovinanın lazımi şərtlərə cavab verəcəyi təqdirdə 2024-cü ilin martında üzvlük danışıqlarına başlayacağı gözlənilir.

Samir Musayev

MİA.AZ