İzmir Böyükşəhər Bələdiyyə sədri, CHP-li Tunç Soyer yenidən namizədliyinin irəli sürülməməsinə görə partiya liderini topa tutub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, İzmir Böyükşəhər Bələdiyyə Başçısı vəzifəsinə yenidən namizəd göstərilmədikdən sonra sərt açıqlamalar verdi. 

CHP Mərkəzi Qərargahını günahlandıran Soyer bildirib ki, Mərkəzi İdarə Heyətinin namizədliklə bağlı iclasına 5 dəqiqə qalmış "yolunun kəsilməsi"ndən xəbərdar olduğunu qeyd edib: "İclasa 5 dəqiqə qalmış namizəd olamayacağımı öyrənməyim, yumşaq desək, siyasi ədəbsizlikdir. Mən bunu belə qiymətləndirirəm. Daha da pisi, namizəd seçimində ciddi nöqsanlar da olub".

Tunş Soyer daha sonrakı paylaşımında isə şəhər əhalisinə xitanb eidb. O, başını dik, alnının açıq olduğunu bəyan edib.

Lamiyə

MİA.AZ