"Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevə hökm oxunub.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Mahir Qonşuyev 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib, daha sonra məhkəmə zalından azadlığa buraxılıb(Report).

Qeyd edək ki, meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən meyxanalar paylaşdığı müəyyən edilib.

Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.