Hindistan donanması Ərəb dənizində Somali quldurları tərəfindən qaçırılan gəmi və onun 19 heyətini xilas edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamaya əsasən, dəniz quldurları ilə mübarizə və dəniz təhlükəsizliyini təmin etmək üçün təyin edilmiş "INS Sumitra" adlı döyüş gəmisi somalili dəniz quldurlarına qarşı uğurlu əməliyyat keçirib: "Somalinin şərq sahillərində dəniz quldurları tərəfindən qaçırılan "Əl Naeemi" adlı balıqçı gəmisi və onun pakistanlılardan ibarət 9 nəfərlik heyəti 11 somali quldurunun əlindən xilas edilərək, aidiyyatı üzrə sağ-salamat təhvil verilib".
Məlumatda o da bildirilib ki, "INS Sumitra" yanvarın 28-də dəniz quldurları tərəfindən qaçırılan İran bayraqlı “İman” balıqçı gəmisinin heyətini də xilas edib.
Samir Musayev
MİA.AZ